ANN.Az xəbər verir ki, Müdafiə Nazirliyinin adının açıqlnmayan rəsmi şəxsinin İraq mediasını verdiyi məlumata görə, İŞİD yaraqlıları nazir Ubeydin Mosulun ayrı-ayrı bölgələrində yaşayan qohumlarından 15 nəfəri qaçırıb, daha sonra onlardan 4 nəfəri azad edib. Digər 11 nəfər hələ də İŞİD-in əlindədir.Müdafiə Nazirliyinin yetkilisi onu da deyib ki, terrorçu qruplaşma Mosulun 10 apreldən bəri işğal etdiyi müddətdə nazir Ubeydin şəhərin Ed-Dendan bölgəsindəki evini də qərargah olaraq istifadə edir.İraq hökuməti, eləcə də nazir Ubeyd hər dəfə açıqlamalarında bölgənin İÇİD-dən təmizlənəcəyinə dair vədlər verirlər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !