Müdafiə nazirlərindən erməni komandanın bəyanatına münasibət

16:50 | 21.11.2013
Müdafiə nazirlərindən erməni komandanın bəyanatına münasibət

Müdafiə nazirlərindən erməni komandanın bəyanatına münasibət

Sergey Şoyqu polkovnik Ruzinskinin fikirlərinin təhrif olunduğunu bildirib

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub.

 

APA-nın xəbərinə görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqo ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib. S. Şoyqu isə A. Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: “Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti