Müdafiə Nazirliyi 3 əsgərin yaralanmasını təsdiqlədi - Rəsmi

09:48 | 08.08.2014
Müdafiə Nazirliyi 3 əsgərin yaralanmasını təsdiqlədi - Rəsmi

Müdafiə Nazirliyi 3 əsgərin yaralanmasını təsdiqlədi - Rəsmi

“Dünən xəsarət alan əsgərlərə hələlik lazımi tibbi yardım göstərilir”.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər.Mətbuat Xidməti xəsarət alan əsgərlərin dünən hospitala yerləşdirildiyini bildirib:“Döyüş bölgələrinin birində ehtiyatsızlıq ucbatında üç əsgər xəsarət alıb. Bundan sonra isə həmin əsgərlər Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Əsgərlərə lazımi tibbi yardım göstərilib”.Qeyd edək ki, dünən saytımız axşam saatlarında Hərbi Hospitala 3 yaralı əsgərin gətirildiyini bildirmişdi. Onların cəbhə bölgəsindən helikopterlə gətirildiyi söylənilmişdi. Məlumata görə, yanacaq daşıyan hərbi maşında ehtiyatsızlıq edən əsgərlər yanğına səbəb olmuşdular. Avtomobilin partlaması nəticəsində hər üç hərbçimiz xəsarət almışdı. Xəsarət alanlardan biri Bərdə hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elməddin Abdullayev olduğu bildirilsə də, digər ikisinin adını dəqiqləşdirmək mümkün olmamışdı. Hərbi Hospitaldan əsgərlərimizin xəsarətinin təhlükəli olmadığı və həyati əhəmiyyət daşımadığı qeyd olunmuşdu. Əsgərlərin valideynləri hospitala dəvət edilmişdi.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM