Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumatlar yalandır

18:46 | 08.12.2014
Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumatlar yalandır

Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumatlar yalandır


"Bu, Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır"

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur".
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı (MN) açıqlamada bildirilir.
 
«Bu, Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır. Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir», - deyə MN bəyan edib.
 
Qeyd edək ki, bu gün bir sıra erməni KİV-i Qarabağ cəbhəsində Azərbaycan Ordusunun diversiya qruplarının qarşı tərəfə sızmasının qarşısının alınması və Azərbaycan tərəfinin itki verməsi barədə məlumat yayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM