Müdafiə Nazirliyi helikopterin vurulma anının görüntülərini yaydı - FOTOLAR

22:08 | 12.11.2014
Müdafiə Nazirliyi helikopterin vurulma anının görüntülərini yaydı - FOTOLAR

Müdafiə Nazirliyi helikopterin vurulma anının görüntülərini yaydı - FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində məhv edilən düşmənin helikopterinin vurulma anını əks etdirən görüntüləri yayıb.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM