Müdafiə Nazirliyi kadr dəyişikliyi barədə açıqlama verdi

10:44 | 17.02.2014
Müdafiə Nazirliyi kadr dəyişikliyi barədə açıqlama verdi

Müdafiə Nazirliyi kadr dəyişikliyi barədə açıqlama verdi

Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə xidmət etmiş hərbi qulluqçuların tutduqları vəzifələrdən kənarlaşdırılması ilə bağlı açıqlama verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi müdafiə sisteminin və idarəetməninin təkmilləşdirilməsinə yönəlib:“Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb”.Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbi qulluqçuların yer dəyişmələri məsələsinə də aydınlıq gətirilib:“Müdafiə Nazirliyinin strukturundakı hərbi qulluqçuların yerdəyişmələri xidmət illəri, yaş həddi, uzun müddət eyni vəzifədə qalma nəzərə alınmaqla rotasiya qaydasında həyata keçirilir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti