Müdafiə Nazirliyi: Ordumuz itki verməyib

14:15 | 06.01.2015
Müdafiə Nazirliyi: Ordumuz itki verməyib

Müdafiə Nazirliyi: Ordumuz itki verməyib

Erməni mətbuatının cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya 3 hərbi qulluqçu itirməsi barədə bu gün yaydıqları məlumat yalandır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən "unter-zabit” Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrində "unter-zabit” rütbəsi ümumiyyətlə yoxdur”, - deyə, nazirlikdən bildiriblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM