Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək sərəncama göndərib. ANS PRESS-in məlumatına görə, bu barədə nazirliyin "facebook" səhifəsində məlumat verilib. Onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis edilib.
Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.
Müdafiə nazirinin digər bir əmri ilə polkovnik Zahid Hüseynov Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı təyin edilib. Polkovnik Z.Hüseynovdan əvvəl bu vəzifədə general mayor Rafiq Hüseynov xidmət edib. Polkovnik Tahir Xalıqovi sə Müdafiə Nazirliyinin aparat rəhbəri təyin edilib.
ANS PRESS