Müdafiə Nazirliyindən son durum xəbəri

10:42 | 28.05.2014
Müdafiə Nazirliyindən son durum xəbəri

Müdafiə Nazirliyindən son durum xəbəri

Sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozuldu

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Qarşı tərəf cavab atəşi ilə susdurulub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM