Müdafiə sistemində müraciət forması dəyişib? - RƏSMİ AÇIQLAMA

12:05 | 10.02.2014
Müdafiə sistemində müraciət forması dəyişib? - RƏSMİ AÇIQLAMA

Müdafiə sistemində müraciət forması dəyişib? - RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyi sistemində müraciət formasında dəyişiklik baş verib. Belə bir qərarın qəbul olunması haqqında ilk dəfə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. Məlumata görə, müraciət forması kimi istifadə olunan "yoldaş" sözü "cənab" sözü ilə əvəz olunması öz əksini tapıb. ANN.Az-ın bu məlumatla bağlı yazılı sorğusunu Müdafiə Nazirliyinin mətbuat xidməti cavablandırıb.

Rəsmi cavabdan göründüyü kimi, müdafiə sistemində müraciət formasında heç bir dəyişiklik baş verməyib: "Hazırda qüvvədə olan və Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"nin 38-ci maddəsinə əsasən rəislər və böyüklər tabeliklərində olanlara və kiçiklərə xidmət üzrə müraciət etdikdə, onların hərbi rütbəsini və soyadını və ya ancaq hərbi rütbəsini (bu halda hərbi rütbədən qabaq "yoldaş" sözünü əlavə etməklə) deməlidirlər.Tabelikdə olanlar və kiçiklər öz rəislərinə və böyüklərinə, onların hərbi rütbəsini deməli və hərbi rütbənin qabağına "yoldaş" sözü əlavə etməlidirlər"

SeymurANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti