MDB ölkələri arasında ən az məvacib Tacikistandadır. Reytinqdə ikinci yerdə Qazaxıstandır. Özbəkistan və Türkmənistan haqqında məlumat yoxdur.Oxu.Az CAToday-a istinadən xəbər verir ki, bu barədə BusinessForecast tədqiqat qrupunun araşdırmalarının nəticələrindən məlum olub. Sənəddə əsas olaraq Milli statistika xidmətlərinin, MDB Statistika və Beynəlxalq valyuta fondunun məlumatları götürülüb.Araşdırmaya görə Tacikistanda orta əməkhaqqı – 146,5 dollar, Qırğızıstanda 236 dollardan ibarətdir.Müqayisə üçün qonşu Qazaxıstanda bu rəqəm bir neçə dəfə artıqdır - 714 dollar.Keçmiş İttifaq ölkələri arasında ilk beşliyə 2013-cü ildə Estoniya, Latviya, Rusiya, Litva və Qazaxıstan daxildir.Birinci yerdə 1,258 dollarla Estoniya, sonra Latviya – 950 dollar, Rusiya – 939 dollar, Litva – 878 dollar və 714 dollar ilə Qazaxıstan əsas beşliyin siyahısını yekunlaşdırır.Belarus və Azərbaycan 40 dollar fərq ilə - 579 və 539. Səkkizinci yerdə Ukrayna - 408,5 dollar, doqquzuncu yerdə Ermənistan - 368,9 dollarla durur. Ən aşağı maaş alan ölkələr üçlüyünün reytinqini Moldova – 299, Qırğızıstan və Tacikistan yekunlaşdırır.Özbəkistan və Türkmənistan barədə məlumat olmadığı üçün onlar siyahıya daxil olmayıblar. Bu ölkələrin Dövlət statistika komitələri 2013-cü il üçün orta əməkhaqqı barədə məlumat dərc etməyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !