Azərbaycanın Milli aviaşirkəti "Azərbaycan Hava Yolları” (AZAL) yeni "Boeing 787 Dreamliner” laynerində Rusiyaya ilk uçuşunu həyata keçirdi.
Oxu.Az xəbər verir ki, MDB-də ilk Rusiyada "Arzuların layneri” Bakı-Moskva marşrutu üzrə uçuş həyata keçirərək Moskvanın Domodedovo aeroportuna enib. Bu, Rusiyada bu qəbildən olan müntəzəm əsasda yeganə reysdir.
Hal-hazırda Bakı-Moskva-Bakı marşrutu üzrə Domodedovadan gündəlik dörd reys yerinə yetirilir. 2015-ci ilin may ayının 1-dən isə AZAL şirkəti gündəlik dörd və cümə və bazar günləri həyata keçiriləcək iki reys açacaq.
AZAL 2003-cü ildən Moskvanın Domodedova aeroportunun tərəfdaşıdır, bu dövr ərzində 2,3 milyon sərnişin daşıyıb. Orta hesabla Domodedovo aeroportunun xidmətlərindən gündəlik olaraq AZAL-ın müştərisi olan 527 sərnişin yararlanır.
"Biz AZAL ilə tərəfdaşlığımızla qürur duyuruq və onu donanmalarına yeni 787 modelinin əlavə edilməsi münasibəti ilə təbrik edirik. Mən, həmçinin Domodedovo aeroportuna qonaqpərvərlik üçün və "Azərbaycan Hava Yolları”nın "Boeing 787 Dreamliner” təyyarəsinin Moskvada qarşılanmasına görə təşəkkür etmək istəyirəm” - Boeing Commercial Airplanes-in Yaxın Şərq, Rusiya və Mərkəzi Asiyada satış üzrə vitse-prezidenti Marti Bentrott bildirib.
AZAL Azərbaycanın Milli aviadaşıyıcısıdır. Hava donanması 30 təyyarəyə malikdir, bura həm sərnişin, həm də yük təyyarələri daxildir. AZAL Moskvaya (Domodedovo aeroportuna) 2003-cü ilin oktyabr ayından müntəzəm reyslər həyata keçirir.
"Boeing 787 Dreamliner” uzaq magistrallı, geniş füzelyajlı, 242-323 nəfər sərnişinin 15-372 min km məsafəyə daşınması üçün nəzərdə tutulan təyyarədir.
"Boeing 787” əsasən kompozit materiallardan ibarətdir. İnnovasiya texnologiyalarının tətbiqi sayəsində təyyarə qənaətlidir, yanacaq istifadəsi baxımından effektivdir və sərnişinlər üçün yeni komfort səviyyəsidir. Bu təyyarənin yaradılmasında Moskvada Boeing konstruktor mərkəzinin mühəndisləri iştirak ediblər.
Azərbaycanın "Arzuların layneri”nin fotosunu Moskvada Marina Lıstseva çəkib (fotografersha).
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !