Sputnik İnformasiya agentliyi və radiosu "Sputnik.Faktlar” layihəsi çərçivəsində Avropa Birliyi və MDB ölkələrində qadınların ixtisaslı əməyə* cəlb olunması barədə məlumatları təqdim edir.
Mövcud məlumatlara əsasən, MDB-də qadınlar ixtisaslı əməyə kişilərdən 1,82 dəfə daha çox cəlb edilirlər, AB-də isə cəmi 1,16 dəfə.
Mövcud məlumatlara əsasən, MDB-də qadınlar ixtisaslı əməyə kişilərdən 1,82 dəfə daha çox cəlb edilirlər, AB-də isə cəmi 1,16 dəfə.
MDB ölkələrində qadınların kişilərə nisbətən ixtisaslı əməklə məşğulluq göstəricisinin ən yüksəyi Belarusda qeydə alınıb 2,66 dəfə. Daha sonra Moldova (1,84 dəfə) və Ermənistan (1,79 dəfə) gəlir. Rusiya və Ukraynada vəziyyət təxminən eynidir – müvafiq olaraq 1,77 və 1,74. Ən aşağı göstərici isə Qırğızıstan (1,67), Qazaxıstan (1,64) və Azərbaycandadır (1,47).
Avropa Birliyində isə ilk üçlükdə Baltikyanı ölkləridir: Litva – 1,97, Latviya – 1,8, Estoniya – 1,64. AB-nin ən inkişaf etmiş ölkələri Almaniya, Fransa və Böyük Britaniyada isə bu göstərici daha aşağıdır və müvafiq olaraq 1,05 dəfə, 0,98 dəfə və 0,97 dəfə təşkil edir. Qadınların ixtisaslı əməklə məşğuliyəti üzrə AB-də ən son yerləri Lüksemburq (0,89), İtaliya (0,84), Malta (0,77) tuturlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !