MDB dövlət başçılarının növbəti sammiti oktyabrda Minskdə keçiriləcək.APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin may ayında isə Belarusun paytaxtında MDB hökumət başçıları Şurasının toplantısı gözlənilir. Bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev açıqlama verib: “Keçiriləcək tədbirə hazırlıq işləri artıq başlayıb. Bütün MDB hökumət başçılarının iştirakına ümid edirik. O cümlədən, Ukrayna nümayəndə heyətini gözləyirik. Bu həm Ukraynanın, həm də Birlik ölkələrinin maraqlarına xidmət edərdi”. Lebedevin sözlərinə görə, MDB hökumət başçıları görüşünün gündəliyində humanitar, informasiya sahəsi, təhsil və s. daxil olmaqla, 20 mühüm məsələ yer alır. MDB dövlət başçılarının növbəti zirvə toplantısının isə oktyabrda keçiriləcəyi nəzərdə tutulub. Bundan əvvəl, ənənəvi olaraq, xarici işlər nazirlərinin görüşü keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !