Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq qanunvericiliyə uyğun şəkildə aparılır. Bunu MDB-nin bu seçkilərdə müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev deyib.
"Proseslər planlı, sakit, mütəşəkkil və ən əsası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gedir” , - o fevralın 5-də Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Lebedev vuğulayıb ki, MDB missiyası yanvarın 17-dən bu istiqamətdə işlərini davam etdirir.
MDB missiyası bu dövr ərzində regionalara səfər edərək komissiyaların işi ilə tanış olub. Həmçinin Xarici İşlər Nazirliyi və seçkilərin təşkilinə cavabdeh olan digər strukturlarla sıx əməkdaşlıq etdiyini açıqlayıb.
Ümumilikdə isə MDB missiyasıının 169 missiyası bu proseslərin iştirakçısıdır.
Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Sonuncu Prezident seçkiləri 2018-ci il baş tutub.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !