Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha 5 medal qazanıb.
Ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.
Bundan əlavə, bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !