MDB seçkiləri azad və demokratik adlandırıb

MDB müşahidəçiləri Azərbaycanda keçirilən Parlament seçkilərini azad və demokratik seçki prosesi kimi qiymətləndirib. Bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri, Birlik baş katibinin birinci müavini Leonid Anfimov jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycanın seçki qanunvericiliyi parlament seçkilərinin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermənin məxfiliyini təmin etməklə təşkil və keçirilməsinə imkan verib”, -missiyanın nəticələrini təqdim edərkən söyləyib.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə hakim partiya YAP 68 nəfər namizədi ilə qalib gəlib.
Bu seçkilərdə qadın deputatların sayı 21-dən 25-ə çatıb.
Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı ölkə üzrə 91%-lik nəticələri elan edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















