MDB üzrə vahid qayda tətbiq edilə bilər

17:53 | 27.09.2014
MDB üzrə vahid qayda tətbiq edilə bilər

MDB üzrə vahid qayda tətbiq edilə bilər

MDB ölkələri üzrə yol hərəkətinin vahid qaydaları müəyyən edilə bilər.

ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, gələn il MDB dövlətlərin parlamentlərarası assambleyasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi təklif ediləcək: "Əhəmiyyətlidir ki, MDB ölkəsində yaşayan vətəndaş yol hərəkət qaydalarının hər ölkədə fərli olmasından əziyyət çəkməsin".

Onun sözlərinə görə, hazırda MDB ölkələri üzrə model qanunun hazırlanması və qanunvericiliyin sinxronlaşdırılması məqsədi ilə yol hərəkəti təhlükəsizliyi üzrə iş aparılır: "Ekspert qrupu 2015-ci ilin birinci yarısına qədər qanunu hazırlamalıdır", - deyə V.Matviyenko bildirib.

Matviyenko belə təşəbbüslərin çox əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, MDB iqtisadi, nəqliyyat və s. cəhətdən vahid məkandır: "Biz istəmirk ki, insanlar MDB-nin başqa ölkərinə gəldikdə yol hərəkət qaydalarını yenidən öyrənməyə məcbur qalsınlar. Vahid sistem buna görə də olmalıdır. Onda insanlara daha rahat olacaq və insanlar özlərini müdafiə edilmiş hiss edəcəklər".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM