Venesuelada daha yaxşı həyat şəraiti tələb edən məhkumlar üsyan ediblər.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, onlar yüksək dozada dərman içiblər. İlkin məlumata görə, nəticədə 13 məhkum ölüb, 145 məhkum xəstəxanaya yerləşdirilib. Rəsmilərin bildirdiyinə görə, hadisə David Viloria həbsxanasında baş verib. Bir qrup məhkumun həftə əvvəli yeni həbsxana müdirini istefaya məcbur etmək üçün aclıq aksiyasına başlayıb. Daha sonra gərginlik artıb məhkumlar həbsxana nəzdində olan müayinə mərkəzinə daxil olaraq orada yüksək dozada dərman qəbul ediblər. Venesuela Həbsxanaları Müşahidə Mərkəzinin koordinatoru Humberto Prado "Hər hansı bir məhkumun etiraz üçün dərman içəcək qədər axmaq olduğunu düşünmürəm" deyərək, olayı şübhə altına alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !