2024-cü ilin yanvar-mayına məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 69,4 milyon manat ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 milyon manat və ya 8,4% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Cari ilin yanvar-apreində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 53 milyon 600 manat vəsait ödənilib, bununla da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 mln. manat və ya 9,5% çox vəsait xərclənib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
4 ayda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 169 milyon manat olub.
Eyni zamanda hesabat dövründə Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları 1 milyard 811 milyon manat təşkil edib.
Yanvar-apreldə DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətdə 13% və ya 267 milyon manat artaraq 2 milyard 271 milyon manat olub.
Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri Milli Məclisdə müzakirə olunaraq, gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilib. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !