Medallarını satışa çıxaran qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

14:55 | 23.09.2021
Medallarını satışa çıxaran qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Medallarını satışa çıxaran qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Medallarını internet üzərindən satışa çıxaran qazi Səid İskəndərova "YAŞAT" fondu tərəfindən məişət şəraitini yaxşılaşdırması üçün 11.02.2021-ci il tarixində bank hesabına 2 500 AZN (iki min beş yüz manat) vəsait köçürülüb. 

Bunu anews.az-a açıqlamasında ASAN-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib:

"O,  2021-ci ilin iyununda Fondun Çağrı Mərkəzinə (8110) yenidən müraciət edib və müalicə psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı yox, növbəti dəfə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə dəstək göstərilməsini istəyib. Müvafiq müraciətin qeydə alınması üçün ondan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına dair çıxarış istənilib, lakin o müvafiq sənədi təqdim etməyib. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti istisna olmaqla (tibb üzrə müraciətlər epikriz əsasında da qəbul edilir) yaralıların digər istiqamətlər üzrə müraciətləri zamanı əlilliyin təyin olunmasına dair çıxarış təqdim edilməlidir. Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır.”, - deyə mətbuat katibi öz açıqlamasında bildirdi. 

Qazi Səid İskəndərov  "Xocavəndin azad olunmasına görə" aldığı medalı satması ilə bağlı elan yerləşdirib. O, saytlardan birinə açıqlamasında  qeyd edib ki, diqqətdən kənarda qaldığı üçün məcburiyyətdən edib:

"Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdür? Bizim də ehtiyacımız var axtarılmağa. Fonddan mənə əlilliyin təsdiq olunmasının lazım olduğunu bildiribmişdilər. Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloq müalicəsi istəyirəm. Başqa heç nə”,- deyə qazi məlumat verib. 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM