Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur. "Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Nazirlik turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edən vətəndaşlara həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyinin turizm fəaliyyəti üçün verdiyi və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını araşdırmağı tövsiyə edib. Eyni zamanda, "Turizm haqqında" qanuna uyğun olaraq, şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etməyi məsləhət bilib.
Bununla yanaşı yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !