Media haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə təqdim ediləcək

15:36 | 03.07.2021
Bu gün, iyulun 3-də Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılovun və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin media haqqında hazırlanan qanun layihəsi ilə bağlı söhbəti baş tutub.

Dünən Əliyev İsmayılova bir neçə aydır dar çərçivədə müzakirə olunan qanun layihəsinin geniş ictimai müzakirələrinə başlamaq məqsədilə media haqqında qanunun layihəsini yayımlamaq çağırışı ilə məktub göndərib.

Əliyev hesab edir ki, informasiya fəaliyyəti artıq dar peşəkar jurnalistika çərçivəsindən kənara çıxıb və ictimai həyatın bir hissəsinə çevrilib, buna görə də dövlətin, cəmiyyətin və mətbuatın informasiya münasibətlərini tənzimləyən qanunun hazırlanması zamanı ictimai maraqlar və tələblər nəzərə alınmalıdır.
İsmayılov və Əliyev gələn həftə media haqqında qanun layihəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə görüşmək barədə razılığa gəliblər.

İsmayılov qeyd edib ki, qanun layihəsi ekspertlər tərəfindən qiymətləndirildikdən və tamamlandıqdan sonra, planlaşdırıldığı kimi, mütləq ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM