Media savadlılığı və dezinformasiya ilə mübarizə mövzusunda təlim keçirildi

21:21 | 23.05.2023
Media savadlılığı və dezinformasiya ilə mübarizə mövzusunda təlim keçirildi

Media savadlılığı və dezinformasiya ilə mübarizə mövzusunda təlim keçirildi

22-23 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün "Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb.

İki gün davam edən təlim proqramı çərçivəsində "The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin "Università Svizzera italiana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media və mədəniyyət sənayesi üzrə professoru Matthew Hibberd "Sosial media dünyasında təhsil”, "Rəqəmsal savadlılıq və Media Savadlılığı: əsas problemlər”, "Sosial texnologiya dünyasında jurnalistika” və digər mövzularla bağlı öz təcrübələrini bölüşüblər.

Proqramın bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin əhəmiyyətini qeyd edərək bildirib ki, media savadlılığı bacarıqlarının artırılmasında məqsəd məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasındanibarətdir. Eyni zamanda, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılması,  sağlam media mühitinin inkişafı və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etmək başlıca məqsədlərdən biridir.

Təlimin sonunda  iştirakçılara sertifikatlar təqdim olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM