"Medialab" gənclərin iş tapması üçün yeni imkanlar yaradacaq - MEDİA rəhbəri

12:28 | 29.11.2023

"Medialab" gənclərin iş tapması üçün yeni imkanlar yaradacaq - MEDİA rəhbəri

"Medialab" layihəsi yeni kadr potensialının formalaşmasında universtitet tələbələrinin işlə təmin olunmasına ciddi təkan verəcək. Bunu Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov deyib. 
 
"Bu layihənin əsas məqsədi dövlət tərəfindən media subyektlərində çalışmaq istəyən gənclərə stimul verilməsidir. Düşünürük ki, bu layihə gənclər üçün geniş imkanlar yaradacaq. Həmçinin universitetdə jurnalistika təhsili üzrə oxuyan tələbələrin işlə təmin olunmasına ciddi təkan verəcək", - İsmayılov noyabrın 29-da "Yeni Media Mühitində Təhsil və Məşğulluq İmkanları" "Medialab" layihəsi adlı konfransda jurnalistlərə açıqlamasında söyləyib. 
 
Noyabrın 29-da Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Medialab" layihəsinin hesabatı tədbiri baş tutub. Hesabatda layihədə iştirak edən 20-ə yaxın gənc mükafatlandırılıb. 


Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM