Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb

13:21 | 19.09.2023

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Visiting Lecturer” layihəsi çərçivəsində 2023-2024-cü tədris ili üzrə "Kommunikasiya: İnternet üçün yazı” mövzusunda dərslərə başlanılıb.

Dərslər "Daily Mail UK”, "The Australian”, "Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən "High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson tərəfindən keçilir.

Müvafiq layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar və vörkşopların keçirilməsi nəzərdə tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb