Mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət aldı

18:57 | 03.02.2014
Mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət aldı

Mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət aldı

Qırğızıstanda mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət alıb.

APA-nın AKİpress-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib.

 

Mədrəsənin imamın yas mərasimi zamanı uçduğu bildirilir. Həmin vaxt orada 700 nəfər olub. Mədrəsənin ikinci mərtəbəsinin çürümüş döşəməsi 150 nəfərin ağırlığına tab gətirməyərək çöküb.

 

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM