Medvedev baş nazir postundan gedir

18:30 | 10.04.2014
Medvedev baş nazir postundan gedir

Medvedev baş nazir postundan gedir

Yaxın iki həftə ərzində Rusiya hökumətində kadr dəyişiklikləri baş verər, hətta baş nazir Dmitri Medvedyev də postunu itirə bilər.

Modern.az xəbər verir ki, bu haqda “Qazeta.ru” yazıb. Müəllifin fikrincə, birincisi, Rusiya prezidenti Vladimir Putin özgəsinin torpağını ələ keçirmək yox, nə varsa onu inkişaf etdirmək istəyir. İkinci səbəb iqtisadiyyatdır. Onsuz da iqtisadi problemlər vardı, Avropanın və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra daha da çoxalıb. Buna görə Putin iqtisadi situasiyanın sürətlə pisləşdiyi vaxt “texniki hökuməti” bundan sonra saxlaya bilməz.Üçüncü səbəb: Aprelin 17-də birləşdirilən ali və ali arbitraj məhkəmə hakimləri yerinə elan olunan müsabiqə başa çatır. İndki baş nazir yenidən sədr ola bilər. Hakimiyyət dairələrində iki ssenari müzakirə olunur: ya bir neçə xüsusilə zəif və cana doyduran nazirlər əvəzlənməli, ya da dəyişiklik Medvedev də daxil olmaqla hamıya şamil olunacaq. Yazıda qeyd edilir ki, indi ən sərfəli zamandır:

“Prezidentə irəli getmək lazımdır. İstefa üçün ən sərfəli müddət aprelin sonu, mayın əvvəlidir”.Rusiya hakimiyyətində yüksək statusda olan mənbə isə razılaşır ki, fəaliyyətdə olan hökumətin mənfiləri müsbətlərindən çoxdur. Amma bir “əmma” var. Putin Medvedevə 2018-ci ilə kimi baş nazir saxlanacağını  söz verib.Digər bir mənbə isə deyib ki, Putin həqiqətən Medvedevdən yorulub. O, prezidenti əsəbiləşdirir. Ancaq Putin yəqin ki, onu dəyişəcək. Bəs, əvəzində hansı vəzifə təklif olunacaq. Təsadüfi deyil ki, çoxdan Medvedevin Ali Məhkəmənin rəhbəri postuna gedəcəyi müzakirə olunur. Yenə sual ortaya çıxır: “Putin məhkəmə sistemini Medevedevə həvalə edəcəkmi?”.Mededyevin varisinə gəldikdə, keçmiş maliyyə naziri Aleksey Kudrinin, baş nazirini birinci müavini İqor Şuvalovun, yaxud Moskva meri Sergey Sobyanın adları çəkilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM