Rusiyanın baş naziri Dimitry Medvedev yanvarın 15-də xərcləri azaltmağa çağırıb və son həftələr dünya bazarında neftin kəskin düşməsinin büdcə üçün ciddi risklər yaratdığını bildirib.
Son 18 ay ərzində neftin qiyməti 70 faiz ucuzlaşıb və bu Rusiya və neftdən aşlı olan digər ölkələrin iqtisadiyyatına ciddi ziyan vurub.
Rusiyanın 2016-cı il üçün büdcəsində neftin bareli 50 dollardan hesablanıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi isə yanvarın 15-də İranla bağlı hesabatını açıqlamalaı və bundan sonra"altılıq" ölkələri xarici işlər nazirlərinin görüşü razılaşdırılmalıdır.
Bu görüşdə Tehrana qarşı sanksiyaların götürülməsi barədə Vyana razılaşmasının yerinə yetirildiyi elan ediləcəkvə nəticədə İran nefti bazarına çıxacaq.
Bu məlumatdan sonra cümə günü dünya bazarındaneftin çoxluğu və İran neftinin bazara qayıdışı ilə bağlı gözləntilər fonundaneftin düşməsi sürətlənib.
Brent markalı neft 3%-dən çox ucuzlaşaraq 29 dollar 88 sent olub.
Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !