Medvedev Obamanın psixi probleminin olduğunu dedi

13:56 | 15.10.2014
Medvedev Obamanın psixi probleminin olduğunu dedi

Medvedev Obamanın psixi probleminin olduğunu dedi

Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışıyla bağlı həyəcan signalı çalıb. ANN.Az-ın "gazeta.ru"ya istinadən xəbərinə görə, o zaman Barak Obama Ebola ölümcül virusunun yayılması qorxusundan sonra ikinci ən böyük təhlükə kimi Rusiyanı göstərmişdi. 

"Bu çox kədərlidi, bunu psixoloji pozğunluq da adlandırmaq olar", - bu sözləri CNBC telekompaniyasına müsahibəsində Dmitri Medvedev deyib. 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 24 sentyabrda BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın Avropadakı aqressiyasını tənqid etmişdi. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM