Medvedev: Ukrayna vətəndaş müharibəsi ərəfəsindədir

16:41 | 15.04.2014
Medvedev: Ukrayna vətəndaş müharibəsi ərəfəsindədir

Medvedev: Ukrayna vətəndaş müharibəsi ərəfəsindədir

“Qanuni hakimiyyət ölkənin regionlarında asayişi qorumağa çalışmadı belə”.RF baş naziri Dmitri Medvedevin dediyinə görə, Ukrayna vətəndaş müharibəsi ərəfəsindədir.Oxu.Az RİA Novosti-yə istinadən bildirir ki, bu haqda baş nazir öz Facebook səhifəsində yazıb.“Ukraynda yenə də qan töküldü. Ölkə vətndaş müharibəsi ərəfəsindədir. Bu, çox kədərlidir. Ukrayna faciəsinin səbəbi, orada inzibati binalar zəbt edilərkən,  qanuni hakimiyyətin ölkənin regionlarında asayişi qorumağa çalışmaması oldu. Ona görə də bu hakimiyyəti sıfra vurdular. Qeyri-hüquqi hakimiyyət isə asayişi bərpa etməyə çalışırlar. Halbuki bu asayişi hərbi çevriliş zamanı hakimiyyətə gəlməklə özləri pozdular”, - o qeyd edib.Baş nazirin sözlərinə görə, ölkə hakimiyyəti “öz əkdiklərini biçirlər”.D.Medvedev qeyd edib ki, Kiyevdə hakimiyyəti ələ keçirən insanların niyyəti indi bəlli oldu.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM