Medvedyev: "Krım - iqtisadi kateqoriya deyil"

17:01 | 10.12.2014
Medvedyev:

Medvedyev: "Krım - iqtisadi kateqoriya deyil"

Rusiya baş naziri Dmitri Medvedyev Krımı "İqtisadi kateqoriya” kimi qiymətləndirməkdən imtina edib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Medvedyev rusiyalı jurnalistlərin yarımadanın Rusiyaya birləşdirilməsinin iqtisadi nəticələri barədə sualına cavablandırarkən bildirib.

"Krım - iqtisadi kateqoriya deyil. Biz Krım haqqında danışdıqda onun tariximiz, taleyimiz və müəyyən mənada da ağrımızdır”, - deyə Rusiya hökumətinin rəhbəri vurğulayıb. Medvedyev həmçinin ölkə əhalisinin böyük hissəsinin Krımın Rusiyaya birləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, martın 17-də Krımda referendum keçirildi. 96 faizdən çox seçici Krımın Rusiyaya birləşməsinin lehinə səs verib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM