Çətin ki, mağazalarda qiymətlərin artması kiminsə xoşuna gəlir. Gizlətməli heç bir şey yoxdur, bu heç kimi sevindirmir. Tamamilə aydındır ki, məzənnənin dəyişməsi adi istehlakçılar üçün həmişə pisdir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedyev "Vesti v subbotu” proqramına müsahibəsində bildirib.
"Bir qədər səbr etmək və hadisələrin necə inkişaf edəcəyinə baxmaq lazımdır. Biz artıq böhranlardan keçmişik və yekunda həmişə geriyə sıçrayış baş verirdi, rubl möhkəmlənirdi. Buna görə də, indi özünü itirməmək və gələcəyə baxmaq lazımdır. Əminəm ki, hər şey yaxşı olacaq”, - deyə, o, bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !