Məhbus həbsxana rəisini girov götürdü

09:17 | 08.01.2014
Məhbus həbsxana rəisini girov götürdü

Məhbus həbsxana rəisini girov götürdü

 Fransada məhbus penitensiar müəssisənin rəhbəri vəzifəsində çalışan qadını girov götürüb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün ölkənin cənubundakı Baumettes həbsxanasında 20.10 radələrində baş verib. 35 yaşlı məhbusun hansı tələblər irəli sürdüyü  barədə məlumat verilmir.   Son məlumata görə, məhbus həbsxana rəisini bir müddət girov saxladıqdan sonra polisə təslim olub.    ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM