Azərbaycanda saxlanılan erməni məhbusların qaytarılması məsələsi sülh sazişi sənədinə daxil edilməyib. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
O bildirib ki, bununla bağlı anlaşma 9 noyabr bəyanatında yer alıb.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sənədi üzərində razılaşmalar davam edir.
Azərbaycan Prezidenti bildirib ki, sülh müqaviləsi üzrə 80% razılaşma əldə olunub. Prezident vurğulayıb ki, hazırda 2 məsələ açıq qalıb.
Ermənistanın baş naziri də dəfələrlə çıxışlarında Azərbaycanla sülh bağlamağa hazır olduğunu bəyan edir.
İki ölkə arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatdan sonra dayandırılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !