Mehdi Hüseynzadə stadionu təmirdən sonra belə olacaq - FOTO

14:54 | 29.12.2019
Mehdi Hüseynzadə stadionu təmirdən sonra belə olacaq - FOTO

Mehdi Hüseynzadə stadionu təmirdən sonra belə olacaq - FOTO

Məlum olduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.
Offsideplus.az xəbər verir ki, yeni stadionun üstü örtülü olacaq. Ot örtüyü Hollandiyadan sifariş olunub. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Jurnalist Anar Xanlarov stadionun təmirdən sonrakı forması barədə paylaşım edib. Onun sözlərinə görə, bu hələlik tam təsdiq olunmasa da, stadion böyük ehtimalla aşağıda təqdim etdiyimiz fotodakı kimi olacaq. 

Qeyd edək ki, stadionun tamaşaçı tutumu 18 min nəfər olacaq.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb