Məhəmməd Britaniyada ən populyar addır

16:33 | 18.08.2015
Məhəmməd Britaniyada ən populyar addır

Məhəmməd Britaniyada ən populyar addır

 
Britaniya Statistika Xidməti 2014-cü ildə ölkədə yeni doğulan körpələrə verilən ən populyar adların siyahısını dərc edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, statistikaya əsasən 2014-cü ildə İngiltərə və Uels ərazisində körpələrə ən çox Məhəmməd adı verilib. Bu ad 7240 yeni doğulan oğlana verilib.

İkinci yerdə Oliver (6649), üçüncü yerdə isə Cek (6244) adı yer alıb. Körpə qızlar arasındai isə 2014-cü ildə ən populyar ad Ameliya (5327), Oliviya və İzla adlarıdı.

2006-cı ildən İngiltərə və Ulesdə ən populyar ikinci, 2010-cu ildən isə birinci ən populyar da Məhəmməddir. Avropanın daha bir ölkəsində, Norveçdə də 2014-cü ilin nəticələrinə görə körpələrə verilən ən populyar ad Məhəmməd adıdır.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM