Məhəmməd Əlinin qızı atasının səhhətindən danışdı

16:31 | 04.01.2015
Məhəmməd Əlinin qızı atasının səhhətindən danışdı

Məhəmməd Əlinin qızı atasının səhhətindən danışdı

Dekabrın 21-də xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli gələn həftə xəstəxanadan buraxıla bilər.


Bu haqda onun qızı - peşəkar boksçu Leyla Əli bildirib. 


"Mənə atamın vəziyyəti haqqında çox sual verirlər. Bircə onu deyə bilərəm ki, onun səhhəti yaxşılığa doğru gedir”, - deyə o jurnalistlərə bildirib. O həmçinin qeyd edib ki, atası yüngül formada sətəlcəm (ağ ciyər iltihabı) keçirib.


Xatırladaq ki, Məhəmməd Əli dekabrın 20-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər də 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükənin olmadığını və onu tezliklə evə buraxacaqlarını bildirmişdilər.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti