• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Məhəmməd Əmin Rəsulzadənin 28 may xitabı - VİDEO

Məhəmməd Əmin Rəsulzadənin 28 may xitabı - VİDEO
29.05.2020 06:35
"Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"Bu il Azərbaycan tarixində silinməz iz qoymuş insan, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ili tamam oldu.ANS PRESS M.Ə.Rəsulzadənin 1953-cü il 28 mayda "Amerikanın səsi" radiosunda yayımlanan səs yazısını təqdim edir:“Amerikanın səsi radiosunun verdiyi imkandan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda sizlərə xitab edirəm. 28 mayıs istiqlal qurbanlarının əziz ruhları önündə əyilir və hər iki tərəfi birləşdirən həsrəti şairin beyti ilə dilə gətirirəm.Sən bizimsən, bizimsən, durduqca bədəndə can,Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan".M.Ə.Rəsulzadənin 1953-cü il 28 may tarixində, ADR-in yaradılmasının 35-ci ildönümü münasibəti ilə Almaniyada Azadlıq radiosunda da səsi lentə alınıb."Şübhəsizdir ki, bir gün həqiqət parıllayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:Sən bizimsən, bizimsən durduqca bədəndə Can,Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin 31 yanvar tarixində Novxanı kəndində doğulub. 1955-ci ildə mart ayının 6-da isə Ankarada vəfat edib. Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol