Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq

17:17 | 31.01.2019
Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq

Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq

 Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) tərəfdarları yanvarın 31-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçiriblər.

DQMŞ sədri Cəmil Həsənli hakimiyyətin siyasətini kəskin tənqid edərək deyib ki, indiki rejim Rəsulzadə və onun tərəfdarlarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərini pozaraq korrupsiyaya bulaşıb.

AXCP lideri Əli Kərimli də  hakimiyyətin Rəsulzadənin xatırəsinə qısqanclıqla yanaşdığını deyib.

"Onlar hər vəchlə Rəsulzadəni unutdurmağa çalışırlar. Çünki Vətənə düzgün, vicdanlı, təmənnasız xidmət korrupsiya, xalqın sərvətinin talanması üzərində qurulmuş bu rejimi ifşa edir", - Ə.Kərimli bildirib.

C.Həsənlinin və Ə.Kərimlinin çıxışları zamanı vaxtaşırı elektrik enerjisi kəsilib, səs gücləndiricinin işi dayanıb. Buna cavab olaraq mitinq iştirakçıları "İstefa!" şüarını səsləndiriblər.
 
Abşeron Rayon Polis İdarəsindən "Qafqazinfo”ya daxil olan məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM