Dünyada Məhəmməd peyğəmbərlə bağlı ilk film 1920-ci illərdə çəkiləcəkmiş, bu iddia ilə Türkiyədə kino üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.
Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu Betti Bluz və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi Büngü ilə tanış olub: "Onlar Bengüdən Məhəmməd peyğəmbərin həyatı ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə Bengü danışır ki, filmin adı "L'Amour de l'Emir" (Əmirin eşqi) olacaqmış. Bu filmə misirli rəsmilər də dəstək verəcəklərini deyiblər. Lakin filmin çəkilişləri baş tutmur".
A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə qarşı çıxması olub.
A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və komandası Misirdə həbs olundular: "24 gün həbsxanada qaldılar. Film çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə, həmin ssenari çəkilmədi".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !