Məhəmməd peyğəmbərin karikaturalarını canlı yayımda nümayiş etdirəcək - QALMAQAL

11:08 | 05.06.2015
Məhəmməd peyğəmbərin karikaturalarını canlı yayımda nümayiş etdirəcək - QALMAQAL

Məhəmməd peyğəmbərin karikaturalarını canlı yayımda nümayiş etdirəcək - QALMAQAL

Hollandiyada islama qarşı qatı görüşləri ilə tanınan siyasətçi Geert Vilders yenidən müsəlmanları təhqir edəcək aksiyaya başlamaq istəyir. O, canlı yayımda Məhəmməd Peyğəmbərin karikaturalarını nümayiş etdirməyi planlaşdırır. İslam təşkilatları isə bunu yeni "provokasiya" kimi qiymətləndirirlər.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qatı sağçı görüşləri ilə tanınan Vildersin karikaturaları Hollandiya parlamentində yayımlaması təklifi rədd edildikdən sonra o, televiziyalardan birinə müracət edib. 

Qatı sağçı siyasi qurum olan Azadlıq Partiyası mövzusu Məhəmməd peyğəmbərin karikaturaları olan sərgisini ən əvvəl ABŞ-ın Dallas şəhərində təşkil etmişdi, daha sonra həmin karikaturaların parlamentdə yayımlanmasını istəmişdi. Lakin parlament rəhbərliyi Vildersin təklifini qanunlara uyğun olmadığı üçün qəbul etməmişdi.

Vildersin açıqlamalarından sonra Hollandiyada hər hansı etiraz aksiyası keçirilməyib. Lakin islam təşkilatları onun bu aksiyasını "provokasiya" olaraq dəyərləndirib.

Azadlıq Partiyasının Avropa Parlamentindəki nümayəndəsi Barry Madlener 2011-ci ildə həmin dövr Avropa Birliyinə rəhbərlik edən Egemen Bağışa belə karikaturalardan birini hədiyyə etmək istəmişdi və bu hadisə mediada böyük qalmaqal yaratmışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti