Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.
anews.az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.
Aşura günü isə oktyabrın 1-nə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Bununla bağlı QMİ Qazılar Şurasının fətvası da olacaq.
Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !