Məhkəmə Əli Həsənovun nəvəsi barədə qərar verdi

11:44 | 11.12.2017
Məhkəmə Əli Həsənovun nəvəsi barədə qərar verdi

Məhkəmə Əli Həsənovun nəvəsi barədə qərar verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. 

Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.

Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.

Hakim isə vekilin müraciətini nəzərə alaraq, məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Qəza zamanı "Mersedes-Gelandawagen” markalı avtomobilin idarəetməni itirməsi iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. "Mercedes-Gelandawagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində həbs-qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti