Axar.az xəbər verir ki, Ərdoğan abidənin heykəltəraşı Məhmət Aksoyu təhqir etdiyinə görə 10 min lirə (4 min dollar) mənəvi təzminat ödəməyə məhkum edilib.
Xatırladaq ki, Ərdoğan 2011-ci ilin yanvarında Qarsda təşkil etdiyi mitinqdə "İnsanlıq abidəsi” heykəlinə "əcaib” demiş və daha sonra abidə dağıdılmışdı. Heykəltəraş Mehmet Aksoy isə buna görə Ərdoğanı məhkəməyə vermişdi.
"İnsanlıq abidəsi" adı verilən bu heykəl "erməni-türk dostluğuna" ithaf olunmuşdu və türkiyəlilərlə bərabər, azərbaycanlıların da etirazı ilə qarşılanırdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !