• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Hüseyn Abdullayevin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərar verib

Məhkəmə Hüseyn Abdullayevin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərar verib
15.08.2024 13:06
Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Hüseyn Abdullayevin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərar qəbul edib. Bu barədə Qafqazinfo məlumat verib. 

"Hüseyn Abdullayev müalicə müəssisəsinə köçürüləcək. Bundan başqa, məhkəmə istintaqı videokonfransla keçiriləcək. Hakim şərt qoyub ki, şəxsin müalicəsi barədə məhkəmə mütəmadi məlumatlandırılmalıdır. Cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət isə hələlik baxılmamış saxlanılıb", - məlumatda deyilir. 
 
Bundan əvvəl Ombudsman Hüseyn Abdullayevin müraciətləri əsasında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə dair Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanladığı açıqlayıb. 
 
Bir neçə gün öncə hüquq müdafiəçisi Rüfət Səfərov və sabiq deputatın keçmiş vəkili Rəsul Cəfərov Abdullayevin infarkt keçirməsi ilə bağlı mətbuata açıqlama verib. Lakin sonradan Ədliyyə Nazirliyi bu informasiyanı təkzib edib və bildirib ki, bu informasiya doğru deyil. 
 
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 
 
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 


 
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb. 
 
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 
 
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol