Məhkəmə İlhamiz Quliyevin ev dustaqlığına keçirməmək barədə qərar verib

18:40 | 25.07.2024
Məhkəmə İlhamiz Quliyevin ev dustaqlığına keçirməmək barədə qərar verib

Məhkəmə İlhamiz Quliyevin ev dustaqlığına keçirməmək barədə qərar verib

İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən fəal İlhamiz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İclasın əvvəlində vəkil Zibeydə Sadıqova Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, Quliyev hətta ventilyasiya belə olmayan isti kamerada saxlanılır ki, bu da işgəncə kimi qiymətləndirilir.

Lakin vəsatət təmin edilməyib.

Daha sonra vəkil bildirib ki,  ibtidai istintaq yekunlaşdığından Quliyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Daha sonra prosesdə şahid, Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşı Polad Mustafayev dindirilib. Onun sözlərinə görə, Quliyev 2023-cü il dekabrın 4-də narkotik vasitələrin saxlanması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Şöbədə şəxsi axtarış zamanı Quliyevin üzərindən bükümdə narkotik vasitə aşkar edilib.


Quliyevin polisdə fiziki təzyiq göstərməsi ilə bağlı iddialarına cavab olaraq Mustafayev bildirib ki, həbs zamanı fəal yumruqları ilə özünü sinə və baş nahiyəsinə döyməyə başlayıb.

Buna cavab olaraq Quliyev bildirib ki,  Mustafayev həbs zamanı ümumiyyətlə olmayıb və o, yalnız şəxsi axtarış zamanı şöbədə olub.


Quliyev 2023-cü il dekabrın 4-də saxlanılıb, 6-da isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.


Müdafiə tərəfi iddia edir ki,   Quliyevin həbsinin əsl səbəbi "Abzas Media”ya müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM