Məhkəmə keçmiş hakimin ömürlük cəzadan şikayətinə baxıb

17:05 | 31.08.2020
 Apellyasiya Arbitraj Tribunalı keçmiş futbol hakimi Anar Niyazovun apellyasiya şikayətinə baxıb. 

 Anews.az həmin şikayətə verilən cavabı təqdim edir:

1. Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. UEFA-dan daxil olmuş "danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, "danışılmış oyunlarda” iştirak etdiyinə görə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16.03.2017-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM