Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris şöbəsinin keçmiş rəisi, mayor Ramiz Fərəməzov həbs edilməsi barədə yayılan məlumatlar doğru deyil.Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, Ramiz Fərəməzov müdafiə nazirinin 26 avqust 2013-cü il tarixli əmri ilə yaşa görə Silahlı Qüvvələr sıralarından tərxis olunub: “O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur”. Qeyd edək ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi AAHM-in tədris şöbəsinin keçmiş rəisi R. Fərəməzovun həbs edilməsi ilə bağlı məlumat yayıb. R. Fərəməzovun saxlanılmasının məktəbin sabiq rəisi, polkovnik Mirzəli Yusifovun həbsi ilə bağlı olduğu bildirilir. AAHM keçmiş rəisi, polkovnik Mirzəli Yusifov bir neçə gün əvvəl Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !