Məhkəmə Obama-ya “yox” dedi

19:18 | 10.11.2015
Məhkəmə Obama-ya “yox” dedi

Məhkəmə Obama-ya “yox” dedi

Noyabrın 9-da ABŞ apelyasiya məhkəməsi prezident Barack Obama-nın miqrantlarla bağlı planını rədd edib. Obama ölkədəki 5 milyon sənədsiz miqrantı qorumaq üçün plan təklif etmişdi. İndi belə çıxır, vəzifədə olduğu müddətdə bu planı həyata keçirə bilməyəcək.

Apellyasiya məhkəməsi Texas hakiminin qərarını qüvvədə saxlayıb.

Obama Birləşmiş Ştatlara qanunsuz olaraq gətirilmiş uşaqların da deportasiyasını əngəlləmək istəyirdi.

Prezident hələ bir il öncə bu planı elan edəndə respublikaçıların tənqidi ilə üzləşib.

Bu qərardan apellyasiya aylarla çəkə bilər və iş yenidən baxılmaq üçün ərazi məhkəməsinə göndərilə bilər.

Bəzi immiqrant təşkilatları Ağ Evi çağırır ki, qərardan Ali Məhkəməyə dərhal şikayət versin. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM